Albaniyanın “Bayraktar TB2” PUA-ları ilk uçuşa hazırlaşır

2024/03/2024--1709538474.jpg
Oxunub: 164     16:17     04 Mart 2024    
“Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) parkının alınması üçün 2022-ci ildə Albaniya ilə Türkiyə arasında müqavilə imzalandıqdan sonra 2024-cü ilin yanvar ayında operatorların və texniki personalın praktiki təlimlərinə başlanılıb.

Ordu.az xəbər verir ki, Albaniyanın müdafiə naziri Niko Peleşi martın 2-də rəsmi “Facebook” hesabında etdiyi paylaşımda “Bayraktar TB2” PUA-larının Albaniyada olduğunu açıqlayıb.

“Hərbi imkanların təkmilləşdirilməsi və müdafiə texnologiyalarına investisiyalar bizim milli təhlükəsizliyə sadiqliyimizə sübutdur. NATO-nun Kuçovodakı yeni aviabazasında PUA-ların montaj işləri onlardan birinin ilk uçuşuna qədər davam edir”, - deyə Peleşi qeyd edib.

Nazir rəsmi hesabında verdiyi açıqlama ilə yanaşı, Albaniyaya çatan TB2 PUA-larının montaj işləri ilə bağlı video da yayımlayıb.

Bildirilib ki, NATO-nun Albaniyanın Kuçova vilayətində yerləşən Qərbi Balkanlardakı ilk aviabazasında montaj işləri davam edir. Bu kontekstdə yığılan ilk TB2 bu aviabazadan ilk uçuşunu edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Albaniya   Bayraktar-TB2  


Bizi "telegram"da izləyin