Türkiyə ordusu “Tank Əleyhinə Silah Atışları”nı uğurla həyata keçirib

2024/03/2024--1709538141.jpg
Oxunub: 220     15:01     04 Mart 2024    
Türkiyə ordusunun 7, 11 və 19-cu Komando Briqada Komandanlıqları şəxsi heyəti “Tank Əleyhinə Silah Atışları”nı uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, bu çərçivədə Türkiyə Milli Müdafiə Nazirliyi məsələ ilə bağlı rəsmi “X” hesabında görüntülər paylaşıb.

Görüntülərdə FNSS PARS STA-dan ROKETSAN OMTAS idarəolunan tank əleyhinə raketinin atıldığı və hədəfin müvəffəqiyyətlə vurulduğu görüntülənib.

OMTAS döyüş meydanında zirehli təhlükələrə qarşı təsirli olan orta mənzilli tank əleyhinə silah sistemidir. Raket infraqırmızı görüntüləyici axtarış başlığı sayəsində gecə/gündüz və istənilən hava şəraitində işləyə bilir.

Buraxılış qurğusu və raket arasındakı RF məlumat bağlantısı istifadəçiyə çevik əməliyyat imkanları təqdim edir. Raket atışdan əvvəl və ya sonra hədəfə bağlana bilər, “atdım-unutdum” və ya hədəf/zərbə nöqtəsini seçməyə imkan verən “atdım-yenilədim” uçuş rejimlərinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ordu   ROKETSAN  


Bizi "telegram"da izləyin