Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfirinin mülkləri məlum olub

2024/03/1709534763.jpg
Oxunub: 131     15:18     04 Mart 2024    
Paşinyanı 2020-ci il noyabrın 12-də kapitulyasiya bəyanatını imzalayan şəxs hesab edən və artıq 2022-ci ildə həmin şəxsdən xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini alan Edmon Marukyan bu yaxınlarda istefa verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, Marukyan istefasına səbəb kimi onun və Paşinyanın fundamental xarici siyasət məsələlərinə baxışları arasındakı fərqləri göstərib.

“Marukyanın bu addımının səbəbi doğrudanmı xarici siyasətin fundamental məsələləri ilə bağlı fikir ayrılıqlarıdır, yoxsa o, sadəcə olaraq, erkən seçkilərə hazırlaşır, Paşinyan əvvəlcədən planlaşdırılan müxalifət rolunu oynayır? Təbii ki, buna sonra aydınlıq gələcək, buna qədər isə xüsusi tapşırıqlar üzrə artıq keçmiş keçmiş səfirin verdiyi bəyanatları təqdim edək. Beləliklə, 2022-ci ilin aprelində Edmon Marukyan xüsusi tapşırıqlar üzrə səfir kimi Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına ilk bəyannaməsini təqdim edib. Bəyannamədə ianə kimi aldığı 2 mənzili, yenidən ianə kimi aldığı 1 qarajı və Lori vilayətindəki 1 mənzili elan edib. O, 2018-ci ildə aldığı “Toyota” markalı minik avtomobilini də elan edib. Marukyanın bank hesablarında 1300 ABŞ dolları, 1075 avro, 5 milyon 600 min Ermənistan dramı olub. O, 3500 dolları nağd pul kimi bəyan edib. Bir il sonra, 2023-cü ilin may ayında xüsusi tapşırıqlar üzrə səfir kimi Marukyan 2-ci bəyannaməni təqdim edib, burada keçmişdə sahib olduğu 3 mənzil və 1 qaraja ipoteka ilə aldığı daha bir daşınmaz əmlakı əlavə edib. Bildirib ki, 20 milyon dram məbləğində krediti var. Onun müxtəlif bank hesablarında 285 avro, 3 milyon 595 min dram, 9 milyon 958 min dram, 1075 avro və 1380 dollar pul olub. Edmon Marukyan Xarici İşlər Nazirliyindən 6 milyon 344 min dram maaş, Dövlət Gəlirləri Komitəsindən isə 1 milyon 779 min dram gəlir vergisinin geri qaytarılmasını alıb. Qeyd edək ki, “Yerkir.am” Ermənistan Xarici İşlər Nazirliyinə sorğu göndərərək, Edmon Marukyanın maaşı ilə maraqlanıb. XİN cavab verib ki, səfir 2 il ərzində dövlət büdcəsindən 21 milyon dram civarında maaş alıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin