Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilir - FOTOLAR

2024/03/477d6-1709532564.jpg
Oxunub: 201     10:02     04 Mart 2024    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi üzrə həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlərlə bağlı məlumatlar şəxsi heyətə çatdırılır, fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.

Həmçinin Müdafiə Nazirliyi rəhbərliyinin rəsmi görüşləri, eləcə də ölkədə və regionda baş verən hadisə və yeniliklərlə bağlı ətraflı məlumatlar verilir, Vətən müharibəsi və ondan sonrakı digər uğurlu döyüş əməliyyatlarında qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir.

Bundan başqa, şəxsi heyətlə hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin düzgün təşkil edilməsi və digər mövzularda söhbətlər aparılır.

Vətən keşikçiləri məşğələlərə həvəslə yanaşır, öyrədilənləri dərindən mənimsəyir, üzərlərinə düşən vəzifələrin və Ana Vətəninə olan övladlıq borcunun məsuliyyətini dərk edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin