İsrail Qəzzaya humanitar yardım aparan 277 yük maşınını buraxıb

2024/03/1709529709.jpg
Oxunub: 113     09:21     04 Mart 2024    
İsrail hakimiyyəti humanitar yardım daşıyan 277 yük maşınının Qəzza zolağına daxil olmasına icazə verib.

Ordu.az-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi yanında İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) bildirib.

Məlumata əsasən, martın 3-də humanitar yardım daşıyan ümumilikdə 277 yük maşını yoxlanılaraq Qəzzaya çatdırılıb.

"Bu, müharibənin başlanmasından bəri bir gündə [anklava] buraxılan ən çox yük maşınıdır", - deyə təşkilat qeyd edib. Bildirilib ki, İsrail hakimiyyəti “Qəzza zolağına humanitar yardımın həcmini məhdudlaşdırmır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin