Odessaya pilotsuz təyyarə zərbəsi nəticəsində qurbanların sayı artıb

2023/12/1703933795.jpg
Oxunub: 201     11:43     03 Mart 2024    
Rusiya ordusunun martın 2-nə keçən gecə Odessada həyata keçirdiyi pilotsuz təyyarə zərbəsi nəticəsində qurbanların sayı 9-a çatıb.

Ordu.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin regional qərargahından verilən məlumata görə, hazırda daha bir nəfərin meyiti tapılıb.

"Axtarış işləri bütün gecə davam edib. Səhər saat 9-a olan məlumata görə, dağıntılar altından 2-si uşaq olmaqla 8 nəfər ölüb. Daha bir nəfərin dağıntılar altından çıxarılması istiqamətində işlər davam etdirilir” – məlumatda deyilir.

Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin aydınlaşdırdığı kimi, doqquzuncu qurban qadındır.

Şəhər meriyası, həmçinin üç qurbanın hazırda xəstəxanada qaldığını bildirib:

"Həkimlər onların vəziyyətini stabilləşdirə biliblər".

Yaralı hamilə qadın hazırda ambulator şəraitdə, həkimlərin nəzarəti altında müalicə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Odessa   Ukrayna  


Bizi "telegram"da izləyin