WSJ: İranın dəniz bazası yaratmaq üçün Sudanla apardığı danışıqları uğursuz olub

2024/02/1708405876.jpg
Oxunub: 181     10:44     03 Mart 2024    
Tehran Qırmızı dənizin Sudan sahillərində öz hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparsa da, bu, uğursuz alınıb.

Ordu.az xəbər verir ki, bu barədə şənbə günü Wall Street Journal (WSJ) Sudan kəşfiyyatçısı Əhməd Həsən Məhəmmədə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran bu yolla dəniz nəqliyyatına nəzarət etməyi ümid edirdi, həmçinin bazadan “kəşfiyyat məlumatları toplamaq” üçün istifadə etməyi və orada hərbi gəmilər yerləşdirməyi planlaşdırırdı. Razılıq müqabilində Tehran ölkənin çevik reaksiya bölmələri (xüsusi təyinatlılar) ilə silahlı qarşıdurmanı davam etdirən Sudan ordusuna helikopter daşıyıcısı tədarük edəcəyinə söz verib. Nəşrin həmsöhbəti bildirib ki, Xartum İrandan imtina edib, çünki o, ABŞ və İsraillə münasibətləri çətinləşdirmək istəmirdi.

Qəzet iddia edir ki, Tehran üsyançı Yəmənin Ənsar Allah (Husi) hərəkatını silahla təmin edir. İranın BMT-dəki daimi nümayəndəsi bundan əvvəl ABŞ-ın bununla bağlı ittihamlarını rədd etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Sudan  


Bizi "telegram"da izləyin