Türkiyədə terrorçuların istifadə etdiyi altı sığınacaq dağıdılıb

2024/03/sigin-1709444036.jpg
Oxunub: 172     09:31     03 Mart 2024    
Türkiyənin Tunceli vilayətində terrorçuların istifadə etdiyi altı sığınacaq dağıdılıb.

Ordu.az xəbər verir ki, bu barədə Tunceli valisi Bülent Tekbıyıkoğlu X sosial media hesabından paylaşım edib.

“Tuncelidə terrorla mübarizə qətiyyətlə davam edir. Keçirilən əməliyyat nəticəsində terrorçuların istifadə etdiyi 6 sığınacaq jandarma qrupları tərəfindən məhv edilib.” – deyə Tekbıyıkoğlu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sığınacaq  


Bizi "telegram"da izləyin