Baydenin xanımı: "Tramp qadınlar və ailələrimiz üçün təhlükəlidir"

2024/03/e61af-1709441750.jpg
Oxunub: 144     05:27     03 Mart 2024    
ABŞ Prezidentinin həyat yoldaşı Cill Bayden bildirib ki, Birləşmiş Ştatların keçmiş lideri Donald Tramp qadınlar və ailələr üçün təhlükə yaradır.

Bu barədə Ordu.az “The Hill” qəzetinə istinadən xəbər verir.

"Donald Tramp qadınlar və ailələrimiz üçün təhlükəlidir". O, bütün həyatı boyu bizi məhv edib və varlığımızı dəyərsizləşdirir. O, qadınların bədənlərini ələ salır, nailiyyətlərimizə hörmət etmir, zorakılıqla öyünür", - ABŞ rəhbərinin həyat yoldaşı əlavə edib.

Qəzet qeyd edib ki, Cill Bayden bu bəyanatları Corciya ştatının Atlanta şəhərində qadınları Cozef Baydenin yenidən Prezident seçilməsini dəstəkləmək məqsədi daşıyan “Qadınlar Bayden uğrunda” kampaniyanın başlaması zamanı deyib.

Seçki marafonunda Tramp da iştirak edir. Noyabrın 5-də keçiriləcək seçkilərdə onun Baydenə rəqib olacağı, demək olar, əvvəlcədən bilinən nəticə hesab olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin