ABŞ Qəzzaya hava yolu ilə 38 min ərzaq paketi çatdırıb

2024/02/1709097172.jpg
Oxunub: 152     20:31     02 Mart 2024    
Birləşmiş Ştatlar Qəzzaya ilk humanitar yardımın daşınmasını başa çatdırıb.

Ordu.az-ın “Reuters“ə istinadən verdiyi məlumata görə, qida "C-130 Hercules" təyyarəsindən paraşütlə atılıb.

Agentliyin məlumatına görə, 38 mindən çox ərzaq bağlaması hava yolu ilə çatdırılıb, su və ya dərman olmayıb.

Bildirilib ki, üç təyyarədən ümumilikdə 66 yük atılıb.

Ağ Ev belə hava daşımalarının mütəmadi olacağını və İsrailin bu səyləri dəstəklədiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qəzza  


Bizi "telegram"da izləyin