Ermənistanın xüsusi nümayəndəsi: "Azərbaycanla sülhə ən qısa vaxtda nail ola bilərik"

2022/01/96964-1643105826.jpg
Oxunub: 226     17:25     02 Mart 2024    
Azərbaycan və Ermənistan normallaşma əlaqələrinin əsas prinsipləri barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, əsas məsələlərdən dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması və suverenlik əsasında kommunikasiya xətlərinin açılmasıdır: “Sülhə ən qısa vaxtda nail ola bilərik. Ermənistan siyasi iradəyə sahibdir. Heç bir xarici güc bizi dayandıra, bizə təsir edə bilməz”.

Diplomat qeyd edib ki, Ermənistan sülh üçün əlindən gələni edir: "Türkiyə və Ermənistan arasında normallaşma əlaqələri İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına da təsir edə bilər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin