Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında ratifikasiyanı təsdiqləyib

2024/03/3804b-1709379032.jpg
Oxunub: 112     15:15     02 Mart 2024    
Macarıstan parlamentinin sədr müavini, müvəqqəti sədr vəzifəsini icra edən Şandor Lejak İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən qanunu imzalayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi parlamentin saytındakı səsvermə məlumatlarına istinadən yayıb.

Qeyd olunur ki, qanun imzalandıqdan sonra Macarıstan Prezidentinin aparatına göndərilib.

Xatırladaq ki, fevralın 26-da Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edib. Macarıstan alyansda İsveçin müraciətini təsdiqləyən sonuncu ölkə olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   İsveç   NATO  


Bizi "telegram"da izləyin