Erməni deputat: “Paşinyanın xarici siyasəti Rusiya-Qərb qlobal müharibəsini Ermənistana gətirir”

2024/03/1709367952.jpg
Oxunub: 212     17:03     02 Mart 2024    
“Ermənistan Baş naziri Nikol Paşinyan niyə bu gün həmin Alma-Ata bəyannaməsini xatırlamır?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində müxalifətçi deputat Armen Rüstəmyan deyib.

Rüstəmyan Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana mümkün səfəri ilə bağlı sualları da cavablandırıb.

“Ciddi maneələr artacaq, vəziyyətimiz çox yaxşı idi, indi Rusiya-Ukrayna müharibəsinin səhnəsinə çevrilmişik. Ən pis proqnozlarımız özünü doğrultdu, məlum oldu ki, Paşinyanın xarici siyasəti Rusiya-Qərb qlobal müharibəsini Ermənistana gətirir. Qərb anti-Rusiya cəbhəsini genişləndirməyə çalışır, indi də bizimlə genişlənir və bu, Ermənistan üçün dağıdıcı olacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin