“Past”: Qərb artıq Zəngəzur dəhlizinin açılmasından əsas faydalanan tərəf olduğunu qətiyyən gizlətmir

2024/03/65e1a-1709289066.jpg
Oxunub: 211     16:42     02 Mart 2024    
“Regionun rifahı və təhlükəsizliyi Avropa üçün vacibdir və buna görə də biz Azərbaycan və Ermənistanı uzun müddətdir davam edən münaqişənin həllində dəstəkləyirik”.

Ermənistanın “Past” nəşri yazır ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalyada keçirilən diplomatik forum zamanı deyib.

Müəllif qeyd edir ki, Klaarın özlərinə görə, sülh müharibənin olmaması deyil, bu, bütün dövlətlərin uzunmüddətli, sabit münasibətlər qurması üçün yaxşı müzakirə edilmiş, ətraflı razılaşmadır.

“Klaar bildirir ki, ən əsası, həmin sülh müqaviləsi yüklərin Naxçıvan vasitəsilə daşınması üçün dəhlizi nəzərdə tutmalıdır. Gördüyümüz kimi, Qərb artıq Zəngəzur dəhlizinin açılmasından əsas faydalanan tərəf olduğunu qətiyyən gizlətməyərək, “va bank”a gedir və açıq kartlarla oynayır. Əgər sülh sazişi Qərbin himayəsi altında imzalansa, o zaman Zəngəzur dəhlizinin bundan irəli gələn bütün təhlükəsizlik və iqtisadi risklərlə açılacağı aydındır. İndiki Ermənistan hakimiyyəti sülh sazişinin Qərbin himayəsi altında imzalanmasına çalışır, bütün digər mümkün danışıq platformalarına məhəl qoymur”, - deyə nəşr əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Zəngəzur  


Bizi "telegram"da izləyin