“Past”: Paşinyan Ərdoğanı yubileyi münasibətilə təbrik edib

2024/03/1709367687.jpg
Oxunub: 126     13:27     02 Mart 2024    
Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 70 yaşı tamam olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin diplomatik mənbəsinin məlumatına görə, Nikol Paşinyan da Ərdoğanı təbrik edib.

“Yeri gəlmişkən, qeyd edək ki, Paşinyan ötən il də Ərdoğanı ad günü münasibətilə təbrik edib. Ancaq 2023-cü ildə təbrik, belə demək mümkündürsə, vasitəçiliklə göndərilibsə, bu il diplomatik poçtla göndərilib. Yeri gəlmişkən, onu da əlavə edək ki, ötən il Nikol Paşinyan telefon danışığı apararaq, Ərdoğanı Qurban bayramı münasibəti ilə təbrik edib, Ərdoğan da Paşinyanı qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ərdoğan  


Bizi "telegram"da izləyin