Ukrayna ilin əvvəlindən 200.000 FPV tipli PUA istehsal edib

2024/03/Scree-1709367284.jpg
Oxunub: 219     17:57     02 Mart 2024    
Ukrayna 2024-cü ilin yanvar və fevral aylarında təxminən 200 000 FPV tipli Pilotsuz Uçuş Aparatı (PUA) istehsal edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər nazirinin müavini Hanna Hvozdiar “Forbes Ukraine” jurnalına müsahibəsində bildirib.

Ukrayna müdafiə nazirinin müavini bildirib ki, ABŞ və Aİ yardım paketlərinin təxirə salınması ilə Ukrayna cəbhədə artilleriya mərmilərinin çatışmazlığını kompensasiya etmək üçün FPV tipli PUA-ların istehsalını artırıb.

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 19-da keçirdiyi mətbuat konfransında Ukraynanın 2024-cü ildə 1 milyon PUA istehsal edəcəyini deyib və konkret olaraq FPV tipli PUA-lara istinad edib.

“Zelenski 1 milyon PUA haqqında danışdı, bizim imkanlarımız artıq bizə bu qədər və hətta daha çox istehsal etməyə imkan verir”, - deyə Hvozdiar qeyd edib.

Hvozdiar vurğulayıb ki, bu il Ukraynanın istehsal gücü FPV də daxil olmaqla, müxtəlif tipli 2 milyon PUA-ya çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin