Pentaqon Yaponiyada baş verən ölümcül qəzadan 3 ay sonra V-22 “Osprey” parkının uçuş qadağasını ləğv edəcək

2024/03/sasas-1709367135.jpg
Oxunub: 144     17:32     02 Mart 2024    
Pentaqon gələn həftə uçuşu dayandırılmış V-22 “Osprey” parkına uçuş qadağasını ortadan qaldıracağını bildirib.

Ordu.az xəbər verir ki, “Osprey” parkının uçuşları üç ay əvvəl baş vermiş qəzadan sonra dayandırılıb.

Noyabrın 29-da ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Xüsusi Əməliyyatlar Komandanlığına məxsus təyyarənin Yaponiyada qəzaya uğraması və 8 hərbi qulluqçunun ölümündən sonra “Osprey” təxminən üç aya yaxın müddət ərzindən uçmayıb.

Yaponiyada qəza və avqust ayında Avstraliyada 3 dəniz piyadasının ölümü ilə nəticələnən “Osprey” qəzası hələ də araşdırılır.

ABŞ HHQ Yaponiyada baş verən qəzada nəyin nasaz olduğunu müəyyən etdiklərini, lakin onun niyə nasaz olduğunu hələ bilmədiklərini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Yaponiya  


Bizi "telegram"da izləyin