Erməni politoloq: “Yaxın gələcəkdə Azərbaycana qarşı sanksiyalardan söhbət gedə bilməz”

2023/03/2023--1680071621.jpg
Oxunub: 229     16:02     02 Mart 2024    
“Avropa Parlamentinin qətnamələrinə Azərbaycana kiçik təzyiq vasitəsi kimi yanaşmaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ruben Marqaryan deyib.

Onun sözlərinə görə, bu qətnamələrin heç bir nəticəsi olmayacaq, qətnamə kimi kağız üzərində qalacaq, Aİ bu sanksiyaları tətbiq etməyəcək, çünki hələlik belə bir ehtiyac görmürlər.

“Üstəlik, Ermənistan bunda xüsusi israr etmir, əksinə, sülhün bağlanmasında israrlıdır. Bu, Avropa ölkələrinin növbəti mənəvi dəstəyidir, bununla məhdudlaşacaq, yaxın gələcəkdə sanksiyalardan söhbət gedə bilməz”, - deyə Marqaryan qeyd edib.

Marqaryan bildirib ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsini bağlayıb, Rusiyanın regionda təsirini zəiflədib və bu yolu davam etdirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   Avropa  


Bizi "telegram"da izləyin