Erməni ekspert: “Türkiyə deyir ki, Ermənistan hökuməti Azərbaycanın tələblərini yerinə yetirməlidir”

2024/03/1709366825.jpg
Oxunub: 134     15:00     02 Mart 2024    
“Ermənistanın indiki hakimiyyətinin nümayəndələrinin son illərdəki siyasətinə baxsaq, bəzi müsbət addımlardan danışsalar belə, yaxşı heç nə gözləməməliyik”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Tiran Loxmagözyan deyib.

Onun sözlərinə görə, Ermənistanın Türkiyə ilə diplomatik əlaqələri yoxdur, birinci problem bu münasibətlərin qurulması olmalıdır, qalanları bunun törəmələridir.

“Əgər əsas şeyi qoyub törəmə ilə məşğul olsalar, təbii ki, bu, Ermənistana və erməni millətinə yaxşı heç nə gətirməyəcək. Ermənistan hakimiyyəti bir problemi - Ərdoğan və Türkiyənin davamlı olaraq danışdıqları tələblərini necə təmin etmək problemini həll edir. Bu günlərdə Türkiyədən yenidən çağırış gəldi ki, Ermənistan hökuməti Azərbaycanın tələblərini yerinə yetirməlidir”, - deyə Loxmagözyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin