Avropalı analitik: “Bakı İrəvanla ayrıca danışıqlar aparmağı gözləyir ki, qalan ən mürəkkəb məsələlər müzakirə oluna bilsin”

2024/01/1706169545.jpg
Oxunub: 391     19:38     02 Mart 2024    
“Danışıqların yeri qətiyyən əsas amil deyil”.

Ordu.az xəbər verir ki, bunu avropalı analitik Nil Makfarleyn deyib.

Onun sözlərinə görə, əsas məsələ tərəflər arasında kifayət qədər ciddi geosiyasi komponentə malik kompleks qarşıdurmadır, çünki Ermənistan geosiyasi dönüş cəhdini nümayiş etdirir.

“Bu məsələdə geosiyasi paylar kifayət qədər ciddidir, ona görə də Ermənistan mütəmadi olaraq danışıqları müxtəlif Qərb paytaxtlarına köçürməyə çalışır, Bakı isə Qərbi açıq və davamlı şəkildə rədd edə bilməsə də, bunları növbə ilə istisna etməyə çalışır. Lakin Bakının bəyanatları göstərir ki, Qərb burada rol oynaya bilməz. Ona görə də hesab edirəm ki, hər iki tərəf vaxt udmağa çalışır, çünki sülh sazişi üzrə danışıqların hazırkı formatı nə İrəvana, nə də Bakıya sərfəli deyil”, - deyə Makfarleyn bildirib.

Analitikin qənaətincə, Bakı İrəvanla ayrıca danışıqlar aparmağı gözləyir ki, qalan ən mürəkkəb məsələlər, çox güman ki, üçüncü tərəflər olmadan müzakirə oluna bilsin.

“Danışıqların bəzi təfərrüatları açıqlanır, lakin məlum olanlar onu deməyə əsas verir ki, hər iki tərəfin ciddi etiraz etdiyi və yarım ildən artıqdır ki, bu məsələlərdə razılığa gələ bilmədiyi mətn var. Məncə vəziyyət belədir. Azərbaycanın tələb etdiyi Naxçıvana gedən yolun statusu məsələsinə gəlincə, həm İrəvanın, həm də Bakının qəti mövqeləri var. Hazırkı mərhələdə bir sıra başqa məsələlər də var ki, onlar haqqında heç bir razılaşma əldə olunmur. Hesab edirəm ki, müsbət irəliləyiş gözləmək üçün hələ heç bir ilkin şərt yoxdur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   İrəvan  


Bizi "telegram"da izləyin