Erməni siyasi xadim: “Rusların hava limanından çıxarılması ehtimalı ilə bağlı danışıqlar çirkin manipulyasiyadır”

2022/03/captu-1646823391.jpg
Oxunub: 142     12:57     02 Mart 2024    
“Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” beynəlxalq hava limanından çıxarılması ehtimalı ilə bağlı danışıqları çirkin manipulyasiyadır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində Respublikaçılar Partiyasının müxalif üzvü Hayk Mamicanyan deyib.

Mamicanyan vurğulayıb ki, hava limanında rus sərhədçilərin olması Ermənistanın müstəqilliyini şübhə altına salmır və onun suverenliyinə təhlükə yaratmır.

O qeyd edib ki, indiki hakimiyyətdən fərqli olaraq, İrəvan hava limanında Rusiya sərhəd qüvvələrinin mövcudluğunun hüquqi əsaslarını aydın başa düşür.

“Onların mövcudluğu bununla bağlıdır ki, bura Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici sərhəddidir. Ona görə də Rusiya sərhədçiləri buradadır”, - deyə Mamicanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin