Ermənistanda referendum nə vaxt planlaşdırılır? Paşinyan şura üzvləri ilə görüşüb

2024/03/image-1709366070.jpg
Oxunub: 139     12:19     02 Mart 2024    
Ermənistanın Konstitusiya islahatları komissiyasının və şurasının üzvləri ötən gün ölkənin Baş naziri Nikol Paşinyanla yeni konstitusiyanın yazılması məsələsini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, şurada, komissiyada Azərbaycanın diktə etdiyi konstitusiyanı yazmaq damğasını daşımaq istəməyən adamlar var, ötən sessiyada bu məsələni qızğın müzakirə ediblər.

“Təbii ki, fərqli çalar veriblər ki, yeni konstitusiya yaza bilmirlər, onların belə mandatı yoxdur, dəyişiklikləri hazırlamaq üçün fəaliyyət göstərirlər. Paşinyan görüş zamanı bildirib ki, burada heç bir problem görmür, yeni konstitusiya hazırkı şura tərəfindən yazılmalıdır, bu, proqnozlaşdırıla bilərdi, çünki yeni rəqabət, yeni tərkib formalaşdırmaq sınaqa çevrilə bilər və bu vəzifəni öhdəsinə götürməyə hazır olan çox adam yoxdur. Bununla belə, Paşinyanın konstitusiya referendumunun nə vaxt nəzərdə tutulduğu, əsas qanunun nə vaxt yazılmalı və s. ilə bağlı dəqiq heç nə deməməsi diqqət çəkir. Çox qeyri-müəyyən və qeyri-konstruktiv müzakirə olub, bu barədə hətta rəsmi açıqlama belə verilməyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin