Ermənistanda bir sıra aksiyalar planlaşdırılır, məqsəd yeni hakimiyət formalaşdırmaqdır

2024/03/timth-1709365953.jpg
Oxunub: 122     12:00     02 Mart 2024    
“Ermənistanda hakimiyyətin antimilli addımlarının qarşısının alınmasının zəruriliyi ideyası ətrafında getdikcə daha çox qüvvə toplanır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, məsələn, ötən gün “Hayakve” təşəbbüsü “Ermənistanın müstəqillik bəyannaməsi və milli dövlətin baxışı” adı altında böyük konfrans təşkil edib.

“Müzakirənin məqsədi müstəqillik bəyannaməsinin Ermənistanın hüquqi və siyasi sistemində əhəmiyyətini aydın şəkildə təqdim etmək, müstəqillik bəyannaməsini hüquqi və siyasi sistemimizin əsası, həmçinin müasir çağırışlara cavab vermək üçün açar kimi vurğulamaq, eləcə də ona əsaslanan milli dövlət quruculuğuna dair konseptual yanaşmaları təqdim etmək olub”, - deyə nəşr bildirib.

Müəllif əlavə edib ki, bu konfransla təşəbbüskarlar bir sıra aksiyalara başlayırlar və məqsəd ölkədə yeni hakimiyət formalaşdırmaqdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin