“Boeing” 3,4 milyard dollara 17 ədəd P-8A “Poseidon” dəniz patrul təyyarəsi istehsal edəcək

2024/03/69335-1709365475.jpg
Oxunub: 137     17:15     02 Mart 2024    
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) “Boeing” şirkəti ilə 17 ədəd P-8A “Poseidon” dəniz patrul təyyarəsinin tədarükü üçün 3,4 milyard dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu təyyarələrdən 14-ü Kanada Kral Hərbi Hava Qüvvələrinə (HHQ), qalan 3 P-8 isə Almaniya HDQ-nin parkına qoşulacaq.

P-8 “Boeing”in ticari 737-sindən əldə edilib və ilk növbədə sualtı qayıqlara qarşı döyüş, suüstü döyüş və kəşfiyyat, müşahidə, aşkarlama üçün istifadə olunur.

Kanada P-8-i ilk dəfə 2023-cü ilin noyabrında seçib və bildirib ki, bu təyyarənin 2033-cü ilə qədər öz parkında tam istifadəyə verilməsini gözləyir.

Pentaqonun razılaşmanı elan etməsindən saatlar sonra “Boeing” tərəfindən edilən açıqlamaya görə, P-8-lər Kanadanın mövcud CP-140 “Aurora” parkını əvəz edəcək və ilk təyyarə 2026-cı ildə təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Poseidon  


Bizi "telegram"da izləyin