Finlandiya “Patria” şirkətinin F-35-lər üçün obyekt inşa etməsini təsdiqləyib

2024/03/28693-1709365353.jpg
Oxunub: 137     16:58     02 Mart 2024    
“Patria” Finlandiyada F-35 “Blok 4” döyüş təyyarələrinin yığılması üçün obyekt inşa edəcək.

Ordu.az xəbər verir ki, layihə 2022-ci ilin fevralında Finlandiya Müdafiə Nazirliyi ilə ABŞ-nin “Lockheed Martin” şirkəti arasında imzalanmış 9,6 milyard dollarlıq reaktiv təyyarə tədarükü müqaviləsi ilə bağlıdır.

Razılaşma Finlandiya Hərbi Hava Qüvvələrinə (HHQ) 64 ədəd F-35-in çatdırılmasını əhatə edir.

Təyyarələrin yığılacağı obyektin inşası birinci mərhələ adlanan müqavilənin sənaye komponentinin bir hissəsini təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Patria  


Bizi "telegram"da izləyin