Avstraliya və Filippin müdafiə, dənizçilik və kibertəhlükəsizlik üzrə anlaşma memorandumu imzalayıb

2024/03/sfas3-1709363796.jpg
Oxunub: 130     14:18     02 Mart 2024    
Avstraliyanın Baş naziri Entoni Albanese və Filippin Prezidenti Ferdinand Markos müdafiə, dənizçilik və kibertəhlükəsizlik sahələrində anlaşma memorandumu imzalayıblar.

Ordu.az xəbər verir ki, Avstraliya Baş Nazir Aparatının yaydığı açıqlamaya görə, Albanese paytaxt Kanberrada Markosla görüşüb.

Əməkdaşlığın artırılması və gücləndirilməsi məqsədilə dənizçilik sahəsində anlaşma memorandumu imzalayan Albanese və Markos kiberhücumlara qarşı müqaviməti artırmaq üçün kibertəhlükəsizlik sahəsində də anlaşma memorandumu imzalayıblar.

İki lider effektiv rəqabət qanunu və siyasətini artırmaq üçün milli rəqabət komissiyalarında əməkdaşlıq qurmaq barədə razılığa gəliblər.

Albanese açıqlamasında xüsusilə dənizçiliklə bağlı bölgə üçün ortaq baxışı dəstəkləmək məqsədilə daha da yaxından əməkdaşlıq edəcəklərini deyib.

Qeyd edək ki, Avstraliya martın 4-6-da Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xüsusi Sammitinə ev sahibliyi edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Filippin  


Bizi "telegram"da izləyin