“Aksungur” zərbə PUA-sından “Kuzgun” raketinin sınaq atışı uğurla həyata keçirilib

2024/03/KUZGU-1709363172.jpg
Oxunub: 168     12:29     02 Mart 2024    
TUSAŞ tərəfindən hazırlanan “Aksungur” zərbə tipli Pilotsuz Uçuş Aparatından (PUA) “Kuzgun” raketinin sınaq atışı uğurla həyata keçirilib.

Ordu.az xəbər verir ki, müvafiq inkişaf Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) tərəfindən dərc edilən 2023 Fəaliyyət Hesabatı çərçivəsində paylaşılıb.

Fevralın 24-də Sinop Atış Sahəsində “Kuzgun-KY” (bərk yanacaqlı) qanadlı raketinin ilk atış sınağı uğurla həyata keçirilib.

Bu atış Silahlı İnsansız Dəniz Platformasından (SİDP) radarla idarə olunan ilk sursat atışı kimi qeydə alınıb.

“Kuzgun” raket ailəsi Turboreaktiv, Qatı Yanacaq və Sərbəst Süzülən versiyalarından ibarətdir. “Kuzgun”un çəkisi 100 kq-dan azdır və F-16, MMU, “Hürjet”, “Hürkuş” kimi müxtəlif hava platformalarından buraxıla bilər.

Bu xüsusiyyət “Kuzgun”un çoxyönlülüyünü və istifadə rahatlığını artırır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aksungur   PUA   Kuzgun  


Bizi "telegram"da izləyin