Türkiyənin milli qanadlı raketi “Çakır” hədəfi tam dəqiqliklə vurub - VİDEO

2024/03/1709362859.jpg
Oxunub: 250     11:56     02 Mart 2024    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) rəhbərliyi ilə həyata keçirilən “Bayraktar Akıncı” layihəsi çərçivəsində “Baykar” tərəfindən milli və yerli olaraq hazırlanan “Bayraktar Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatına (PUA) yeni yerli istehsal sursat və sistemlərin inteqrasiyası uğurla davam edir.

Ordu.az xəbər verir ki, “Bayraktar Akıncı” ROKETSAN tərəfindən milli olaraq hazırlanan “Çakır” qanadlı raketi ilə növbəti atış sınağını müvəffəqiyyətlə tamamlayıb.

2024-cü il fevralın 29-da Tekirdağın Çorlu ilçəsindəki “Akıncı” Uçuş Təlim və Sınaq Mərkəzindən qanad altında “Çakır” raketi ilə havaya qalxan “Bayraktar Akıncı” uzun mənzilli atış sınağı keçirmək üçün Sinop şəhərinə yollanıb.

“Bayraktar Akıncı” tərəfindən Sinop Atış Sahəsində 100 kilometr məsafədən atılan “Çakır” qanadlı raketi Qara dənizdəki hədəfi tam dəqiqliklə vurub. Atış sınağında 800 km/saat sürətə çatan “Çakır”ın hədəfini vurduğu anlar böyük həyəcanla izlənilib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Çakır  


Bizi "telegram"da izləyin