İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub

2024/03/1709361598.jpg
Oxunub: 430     10:35     02 Mart 2024    
Bu gün İrəvanda maskalı və silahlı quldur hücumu olub.

Ordu.az xəbər verir ki, saat 04:55 radələrində Heratsi Universitetinin 1 saylı xəstəxanasından Ermənistan Daxili İşlər Nazirliyinin Şenqavit polis şöbəsinə məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, bir qrup təcili tibbi yardım həkimi “sol baldır nahiyəsinin güllə yarası” diaqnozu ilə bir nəfəri xəstəxanaya yerləşdirib.

Xəstəxanada həkimlər polislərə bildiriblər ki, yaralı əməliyyat otağındadır və baş verənləri izah edə bilmir.

Məlum olub ki, xəsarət alan şəxs İrəvan sakini, 54 yaşlı A.Samveldir. Polis həmçinin müəyyən edib ki, yaralı İrəvan ümumi yurisdiksiya məhkəməsinin Şenqavit iqamətgahı yaxınlığında, Arşakunyats prospektində fəaliyyət göstərən “Max Oil” yanacaqdoldurma məntəqəsində güllə yarası alıb.

İstintaq qrupu gələnə qədər, saat 05:10 radələrində “Erebuni” tibb məntəqəsindən Şenqavit polis şöbəsinə həkimlərdən ibarət təcili tibbi yardım briqadasının Arşakunyats prospektindən kəllə-beyin travması ilə vətəndaşı xəstəxanaya aparması barədə məlumat daxil olub.

Şenqavit polis şöbəsinin növbətçi qrupu xəstəxanaya gedib və məlum olub ki, yaralanan şəxs qeyd olunan yanacaqdoldurma məntəqəsində xəsarət alan İrəvan sakini, 53 yaşlı İ. Vardandır.

Məumata görə, saat 04:30 radələrində biri odlu silahla silahlanmış 2 nəfər maskalı şəxs adıçəkilən yanacaqdoldurma məntəqəsinə daxil olaraq işçilərdən nəsə tələb ediblər, lakin sonuncular onlara tabe olmayıb, onları ərazidən kənara dəvət ediblər və bu zaman dava başlayıb, bu zaman maskalı şəxslərdən biri yanacaqdoldurma məntəqəsinin içərisinə atəş açıb, sonra isə hər ikisi qaçıblar.

Hadisə ilə bağlı Şenqavit polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb. Kriminoloq da yerində işləyib, hadisə yerində qana bənzər izlər və 1 güllə izi tapıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Silahlı-basqın  


Bizi "telegram"da izləyin