Sankt-Peterburqa PUA hücumu olub, xəsarət alan yoxdur - YENİLƏNİB

2024/03/1709357099.jpg
Oxunub: 295     10:43     02 Mart 2024    
Sankt-Peterburqun Krasnoqvardeyski rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində xəsarət alan yoxdur.

Ordu.az-ın məlumatına əsasən, bu barədə şəhər qubernatoru Aleksandr Beqlov özünün Telegram kanalında yazıb.

O bildirib ki, ziyan dəymiş mənzillərin sakinləri təxliyə olunub.

Başqa bir məlumata görə, PUA-ların göyərtəsində təxminən 3,5 kq partlayıcı olub.

Ukraynanın əsas hədəfinin Ruçi neft anbarı olduğu ehtimal olunur.

***

Rusiyanın Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hücum Ukraynaya məxsus PUA-larla törədilib. Hadisə nəticəsində 2 yaşayış binasının eyvanları zədələnib, şüşələri sınıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sankt-Peterburq   PUA  


Bizi "telegram"da izləyin