Rusiyada Navalnı ilə vida günü 100-ə yaxın insan saxlanılıb

2024/03/1709353806.jpg
Oxunub: 145     09:00     02 Mart 2024    
Rusiyada müxalifət lideri Aleksey Navalnı ilə vida günündə 91 nəfər saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə “OVD-İnfo” hüquq müdafiəçiləri təşkilatı məlumat yayıb.

Bildirilib ki, paytaxt Moskvada saxlanılmışlardan azı üç nəfər gecəni polis bölməsində keçirəcək.

Xatırladaq ki, Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət fevralın 16-da Aleksey Navalnının öldüyünü açıqlayıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu barədə Prezident Vladimir Putinə məlumat verildiyini bildirsə də, Kremldə siyasətçinin ölümünün səbəbləri barədə məlumat yoxdur.

Navalnının meyiti ekspertizaya ehtiyac olduğunu əsas gətirərək doqquz gün anasına verilməyib. Peskov bununla əlaqədar Putinin meyitin verilib-verilməməsi məsələsinə baxmadığını vurğulayıb.

Fevralın 26-da Navalnının qurucusu olduğu Korrupsiya ilə Mübarizə Fondunun sədri Mariya Pevçix açıqlayıb ki, müxalifət lideri Almaniyada çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin qətlə yetirdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Federal Təhlükəsizlik Xidmətinin zabiti Vadim Krasikovla dəyişdirilməsi nəzərdə tutulurdu.

Martın 1-də Aleksey Navalnı Moskvada dəfn edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Navalnı  


Bizi "telegram"da izləyin