İlon Mask “OpenAI” şirkətini məhkəməyə verib

2024/03/1709353491.jpg
Oxunub: 94     08:03     02 Mart 2024    
İlon Mask “OpenAI” şirkətini və onun baş direktoru Sem Altmanı məhkəməyə verərək, onların süni intellekt startapının təsis razılaşmasını pozduqlarını, həmçinin qazanclarını bəşəriyyətin mənafeyindən üstün tutduqlarını iddia edib.

Ordu.az xəbər verir ki, Maskın vəkilləri “OpenAI”-ın Microsoft üçün maksimum mənfəət əldə olunması hədəfinin bu razılaşmanı pozduğunu iddia edirlər.

Qeyd edək ki, 2015-ci ildə “OpenAI” şirkətinin həmtəsisçisi olan Mask 2018-ci ildə - süni intellektin (AI) “nüvə silahından daha təhlükəli olduğunu” bildirdikdən dörd il sonra şirkətin Direktorlar Şurasından çıxıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlonMask   OpenAI  


Bizi "telegram"da izləyin