Ukrayna yaxın həftələrdə Çexiyanın təşəbbüsü ilə veriləcək sursatın ilk partiyasını alacaq

2024/03/1709355900.jpg
Oxunub: 145     04:48     02 Mart 2024    
Ukrayna yaxın həftələrdə üçüncü ölkələrdə Ukrayna Silahlı Qüvvələri üçün artilleriya mərmilərinin alınması üzrə Çexiya təşəbbüsü çərçivəsində sursatın ilk partiyasını alacaq.

Ordu.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Bloomberg“ agentliyinə müsahibəsində Çexiya Müdafiə Nazirliyinin nümayəndəsi Yan Jires bildirib.

O, həmçinin qeyd edib ki, bəzi digər Avropa ölkələri də bu təşəbbüsdə iştirak edəcək, sursatların alınmasını kimin maliyyələşdirəcəyini və silahların kimin ehtiyatından götürüləcəyini açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Çexiya  


Bizi "telegram"da izləyin