Rusiya təyyarələri Latviya və Litva sərhədləri yaxınlığında görünüb

2024/03/11316-1709305924.jpg
Oxunub: 128     18:36     01 Mart 2024    
Fransa Aerokosmik Qüvvələrinin təyyarələri Latviya sərhədi yaxınlığında Rusiyanın “Su-30” qırıcılarını, həmçinin Litva sərhədi yaxınlığında “İl-20” və “An-72” hərbi təyyarələrini müşayiət edib.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı “X” sosial şəbəkəsində məlumat yayıb.

“İki ədəd “Mirage 2000-5” qırıcısından istifadə edərək Rusiya təyyarələri tutulub. Məqsəd NATO-nun hava məkanını qorumaqdır”, - məlumatda qeyd edilib.

Hadisə fevralın 29-da baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Latviya   Litva  


Bizi "telegram"da izləyin