Bayden dondurulmuş Rusiya aktivlərindən Ukrayna üçün istifadə etməyi planlaşdırır - KİV

2022/02/IMG_2-1645732614.jpg
Oxunub: 101     14:01     01 Mart 2024    
ABŞ prezidenti Co Bayden iyun ayında keçiriləcək "G7" (Böyük Yedilər) sammitinə qədər Rusiyanın dondurulmuş aktivlərindən istifadə üzrə plan hazırlayır.

Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Baydenin fikrincə, dondurulmuş aktivlərdən Ukrayna büdcəsinin maliyyələşdirilməsi, daha sonra isə ölkənin bərpası üçün istifadə olunmalıdır.

Mənbələrin məlumatına görə, "G7" rəsmiləri Rusiyanın dondurulmuş aktivlərindən girov və ya təminat qismində istifadəni müzakirə edirlər. Müttəfiqlər yekdilliklə belə hesab edirlər ki, Rusiya Ukraynaya yardım edəcəyinə söz vermədiyi təqdirdə bu vəsait onun üçün bağlı qalmalıdır. Lakin Rusiya aktivlərinin tam müsadirəsinin qanuniliyi ilə bağlı yekdil fikir mövcud deyil.

Qeyd edək ki, "G7" sammiti bu il iyun ayında İtaliyada keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   ABŞ  


Bizi "telegram"da izləyin