Aİ rəsmisi: "Ankara Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında mühüm rol oynaya bilər"

2023/07/1689061504.jpg
Oxunub: 99     13:58     01 Mart 2024    
Türkiyə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər və bununla da bütün Cənubi Qafqaz regionunun sabitləşməsinə güclü təkan verə bilər.

Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib.

“Vurğulamaq istəyirəm ki, Aİ, Almaniya daxil olmaqla, Avropa ölkələri münasibətlərin normallaşdırılmasına dair təklifləri dəstəkləyib və bundan sonra da dəstəkləyməyə hazırdır. Biz sülhə nail olunması üçün Türkiyəni və onun bu regionda liderlik potensialını da nəzərdən keçiririk”, - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Klaar   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin