Ukrayna NATO ilə 2024-cü il üçün nəzərdə tutulmuş əməkdaşlıq proqramını təsdiqləyib

2024/03/acd85-1709286475.jpg
Oxunub: 106     13:32     01 Mart 2024    
Ukraynanın müdafiə naziri Rustem Umerov NATO ilə 2024-cü il üçün nəzərdə tutulmuş əməkdaşlıq proqramını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

Sənəddə 17 məqsəd üçün nəzərdə tutulmuş 50-dən artıq tədbirin keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq proqramında Ukraynanın komanda və idarəetmə sisteminin NATO prinsip və standartlarına uyğun transformasiyasının başa çatdırılması, Müdafiə Nazirliyi sistemində birgə idarəetmənin yeni modelinin tətbiqi, NATO standartları əsasında milli sənədlərin hazırlanması, Ukrayna-NATO Birgə Təhlil, Təlim və Təhsil Mərkəzinin (JATEC) yaradılması, Təhlükəsizlik və müdafiə sahəsində qanunvericiliyin NATO normativ sənədlərinə uyğunluğunun təhlili və digər məqamlar yer alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin