İndoneziya HHQ daha 2 PUA parkı yaradır: Parkları Türkiyənin “Anka” və Çinin CH-4 PUA-ları təşkil edəcək

2024/03/cxc-1709283132.jpg
Oxunub: 215     16:36     01 Mart 2024    
İndoneziya Hərbi Hava Qüvvələri (HHQ) parkına daha iki Pilotsuz Uçuş Aparatı (PUA) parkı əlavə edəcəyini və ümumilikdə 4 PUA parkına sahib olacağını açıqlayıb.

Türkiyənin TUSAŞ şirkətinin istehsal etdiyi “Anka” və Çin istehsalı olan CH-4 yeni parkların əsasını təşkil edəcək.

İndoneziya Hərbi Hava Qüvvələrinin (HHQ) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Agung Sasongkojati iki yeni parkda yerləşdiriləcək PUA növləri ilə bağlı suala belə cavab verib: “İndoneziya HHQ bu mövzuda çoxlu təkliflər alıb və “Anka” PUA-ları bunlar arasında önə çıxır”.

İndoneziya HHQ-nin planına əsasən, Tarakanda iki yeni PUA parkı yaradılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   HHQ  


Bizi "telegram"da izləyin