ROKETSAN-dan MDK müjdəsi: Haubitsalar üçün dəqiq zərbə qabiliyyəti

2024/03/MDK-M-1709282927.jpg
Oxunub: 206     15:47     01 Mart 2024    
ROKETSAN inkişaf etdirməyə davam etdiyi “Mesafece” dəstini təqdim etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, Türkiyə Quru Qoşunları Komandanlığının istifadəsinə veriləcək MDK “Fırtına” haubitsası kimi platformaların istifadə etdiyi sursatlara idarəetmə qabiliyyəti təmin edərək, daha dəqiq zərbə imkanı təmin edəcək.

Son olaraq layihə çərçivəsində sistem kvalifikasiya sınaqları uğurla tamamlanıb. Sınaqlar çərçivəsində T-155 “Fırtına” özüyeriyən haubitsası ilə edilən atışlarda hədəflər 50 metrdən az sapma ilə vurulub.

MDK radioelektron aldatma və qarışdırma ilə radioelektron mübarizə üsullarına qarşı həssaslığı ilə seçilir. Bildirilib ki, MDK idarə olunmayan sursatlardan 5 dəfə daha effektivdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   MDK  


Bizi "telegram"da izləyin