Fərqli hədəflərə eyni anda 4 “Tolun”: ASELSAN çətin olanı bacardı

2024/03/ASELS-1709282836.jpg
Oxunub: 195     15:20     01 Mart 2024    
Türkiyə müdafiə sənayesi əldə etdiyi uğurlarla adından söz etdirməyə davam edir.

Ordu.az xəbər verir ki, son olaraq ASELSAN “Tolun” Miniatür Bomba Layihəsi çərçivəsində yeni bir ilkə imza atıb.

“Sadak-4T” ağıllı xarici asqı sistemi tərəfindən eyni vaxtda buraxılan 4 fərqli “Tolun” sursatı fərqli hədəfləri eyni anda vurmağı bacarıb.

“Tolun” Layihəsi sayəsində Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan F-16 döyüş təyyarələri eyni anda 2 fərqli stansiyada 8 idarə olunan bomba daşımaq və onları eyni və ya fərqli hədəflərə atmaq imkanı qazanıb. Bundan əlavə, “Tolun” “Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) tərəfindən də istifadə olunur. ASELSAN həmçinin “Tolun” və “Sadak-4T” üçün də ixrac uğuru əldə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Tolun  


Bizi "telegram"da izləyin