“Hraparak”: Paşinyanın partiyası növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasından geri çəkilib

2024/03/1709279723.jpg
Oxunub: 111     16:17     01 Mart 2024    
Hələ ötən ilin sonunda Ermənistan hökumətinin adi seçkiləri gözləməmək qərarına gəldiyi, yeni müxalifət formalaşana qədər əvvəlcə konstitusiyanı dəyişdirmək, sonra isə növbədənkənar seçkilər keçirmək istədiyi barədə davamlı xəbərlər yayılırdı.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, lakin Ermənistan hökumətinin apardığı hesablamalar nəticəsində hakim “Vətəndaş Müqaviləsi” partiyasında son aylarda dar çərçivədə müzakirə olunan növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasından geri çəkiliblər.

“Hakim komanda qələbənin kifayət qədər çətin olacağı qənaətinə gəlib və bu şübhələr İrəvan Ağsaqqallar Şurası seçkilərindən sonra onların qəlbinə hopub. Hakim partiyada ümumdövlət seçkilərində demək olar eyni aqibəti yaşayacaqlarına şübhə yoxdur, ona görə də onlar adi seçkilərə getməli və bu iki illik müddətdən öz nüfuzlarını yüksəltmək üçün istifadə etməlidirlər. Hakim komandanın nümayəndəsinin fikrincə, bu anti-Rusiya isteriyası və Avropaya virtual “səfər”lər də həmçinin bununla bağlıdır. Qarabağın itirilməsindən sonra Ermənistan əhalisinin çoxu Rusiyadan məyusdur, ona görə də anti-Rusiya siyasəti reytinqini qaldıra bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin