Erməni partiya sədri: “Avropa İttifaqı Azərbaycana qarşı heç bir konkret sanksiya tətbiq etməyəcək”

2024/03/1709279266.jpg
Oxunub: 170     14:32     01 Mart 2024    
“Avropa İttifaqı Azərbaycana qarşı heç bir konkret sanksiya tətbiq etməyəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants deyib.

Onun sözlərinə görə, Azərbaycanla bağlı yayılan şayiələrin 90 faizi reallaşmayacaq.

“Unutmayın ki, Qərb hökumətləri Azərbaycanla ciddi müqavilələr bağlayır, ermənilərin qulağına xoş gələn bəyanatları siyasət icraçısı olmayan parlamentlərin öhdəsinə buraxırlar”, - deyə Surenyants qeyd edib.

Surenyants bildirib ki, Qərb Paşinyanı Putinin ayaqları altında qurban verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Azərbaycan  


Bizi "telegram"da izləyin