Sabiq erməni səfir: “2016-cı ilin Aprel döyüşləri zamanı heç vaxt hərbi yardım üçün KTMT-yə müraciət edilməyib”

2024/03/1709279196.jpg
Oxunub: 140     14:14     01 Mart 2024    
“2017-ci ilin dekabrında, 2018-ci ildə Ermənistanda “Azərbaycan-Türkiyə inqilabı”ndan əvvəl deputat Nikol Paşinyan parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması ilə bağlı layihə tirajlayıb”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib.

Onun sözlərinə görə, Ermənistan 1992-ci il mayın 15-dən KTMT-nin təsisçi üzvüdür.

“Ermənistan KTMT-yə bir neçə dəfə sədrlik edib, sonuncu dəfə bu, 2016-cı ildə olub. KTMT-nin çevik reaksiya qüvvələri, vahid hava hücumundan müdafiə sistemi Ermənistanın sədrliyi dövründə formalaşıb”, - deyə Qazaryan qeyd edib.

Ermənistanın Polşadakı keçmiş səfiri vurğulayıb ki, Ermənistan nə Qarabağ müharibəsinin birinci mərhələsi zamanı, nə də 2016-cı ilin Aprel döyüşləri zamanı heç vaxt hərbi yardım üçün KTMT-yə müraciət etməyib.

“Əgər sən axmaqsansa, bu o demək deyil ki, başqa ölkələrin rəhbərləri avtomatik olaraq axmaq olurlar. Sən özün KTMT-yə müraciət edirsən, əleyhinə səs verirsən, sonra deyirsən ki, KTMT kömək etməyib”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Türkiyə   KTMT  


Bizi "telegram"da izləyin