Erməni ekspert: “Paşinyan ağrılı güzəştlərə hazırlaşır, İlham Əliyevin gündəliyini qəbul edib”

2024/03/1709271425.jpg
Oxunub: 282     21:36     02 Mart 2024    
“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin fevralın 28-də Berlində keçirilən görüşündən heç bir gözləntiyə ehtiyac yoxdur, çünki Ermənistan-Azərbaycan danışıqlar prosesini Azərbaycan həll edir və Ermənistanın bu məsələdə heç bir rolu yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın APRI Elmi Tədqiqat Mərkəzinin eksperti, tarix elmləri namizədi, beynəlxalq məsələlər üzrə erməni ekspert Sergey Melkonyan deyib.

Onun sözlərinə görə, bu danışıqlardan nəsə gözləmək lazım deyil, çünki Paşinyan artıq müharibə gündəmini qəbul edib.

“Nikol Paşinyanın Azərbaycanın müharibəyə hazırlaşdığı barədə son açıqlaması buna sübutdur. 3 ildir sülh gündəmindən danışdıqdan sonra bunu deyir”, - deyə Melkonyan qeyd edib.

Melkonyan bildirib ki, Paşinyan ağrılı güzəştlərə hazırlaşır, İlham Əliyevin gündəliyini qəbul edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin