Erməni deputat: “Hərbi qulluqçular arasında bərabərlik ola bilməz, general “turnik”də ola bilməz”

2022/12/87sd8-1670059477.jpg
Oxunub: 219     20:05     02 Mart 2024    
“Könüllü sertifikatlaşdırmada neçə nəfər iştirak edib, neçə nəfər müsbət, neçə nəfər mənfi qiymət alıb?”.

Ordu.az xəbər verir ki, bu sualı Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının növbədənkənar iclasında “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan Ermənistan müdafiə nazirinin müavini Karen Brutyana verib.

Brutyan cavabında qeyd edib ki, könüllü sertifikatlaşdırmadan keçmək üçün 5908 erməni hərbi qulluqçu ərizə verib, 5783 nəfər iştirak edib, onlardan 91-i əla, 583-ü yaxşı, 2152-si qənaətbəxş, 2957-si isə qeyri-qənaətbəxş qiymət alıb.

“Ümumilikdə 2826 hərbi qulluqçu sertifikatlaşdırmadan keçib. Fevralın 29-da 980 hərbi qulluqçunun, martın 4-7-də isə 628 hərbi qulluqçunun iştirak edəcəyi növbəti sertifikatlaşdırma mərhələsi olacaq”, - deyə Ermənistan müdafiə nazirinin müavini bildirib.

Manukyan bəzi kadrların dərci ilə razılaşmadığını bildirərək, sertifikatlaşdırma prosesinin işıqlandırılmasına da toxunub.

“Ötən gün hərbçilərə hörmət edərək, foto hazırlasam da, xüsusi çıxış etmədim. İnsana bir şey deyim. Birinci müharibə zamanı yaralanmış general “turnik”də asılıb, axı bu niyə işıqlandırılır? Deməyin ki, orduda hərbi qulluqçuların bərabərliyi var. Hərbi qulluqçular arasında bərabərlik ola bilməz, general “turnik”də ola bilməz”, - deyə Manukyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin