Erməni deputat: “Belə çıxır ki, təhlükəsizliyimizin yeganə təminatçısı Bakıdır”

2023/02/5s5sd-1675505455.jpg
Oxunub: 308     16:40     04 Mart 2024    
“Əslində Ermənistanla Azərbaycan arasında heç bir danışıq aparılmır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan deyib.

Onun sözlərinə görə, danışıqlar o deməkdir ki, hər bir tərəf ən azından öz maraqlarını və nöqteyi-nəzərini müdafiə edir.

“Lakin Ermənistan hakimiyyətinin nümayəndələrinin müşahidələri belə nəticəyə gəlir ki, Ermənistan tərəfi Azərbaycanın bütün tələblərini təmin etmək üçün hər şeyi etməyə çalışır ki, birdən müharibə olmasın. Belə çıxır ki, təhlükəsizliyimizin yeganə təminatçısı Bakıdır. Bu oyun qaydası Ermənistan hökuməti tərəfindən də qəbul edilib”, - deyə Rüstəmyan qeyd edib.

Erməni deputat vurğulayıb ki, Ermənistan hakimiyyətinin qəbul etdiyi siyasət vəziyyəti daha da çətinləşdirəcək.

“Bu, vəziyyəti daha da çətinləşdirəcək. Sanki bizim vəziyyətimiz çox yaxşı idi, indi də Rusiya-Ukrayna müharibəsinin səhnəsinə çevriləcəyik. Bu olacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin