“Səhər yuxudan oyanırsan ki, ölkən tərkibində olduğu hərbi-siyasi alyansla münasibətlərini dondurub” - Abrahamyan

2024/02/1707983776.jpg
Oxunub: 110     13:13     28 Fevral 2024    
“Beynəlxalq münasibətlərdə mühüm amil ölkənin dərk edilməsi və proqnozlaşdırıla bilməsidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan deyib.

“İndi ölkəmizdə nə baş verir? Səhər yuxudan oyanırsan və öyrənirsən ki, ölkən sənin tərkibində olduğun hərbi-siyasi alyansla münasibətlərini dondurub. Nə baş verdiyini anlamaq istəyirsən, bir də görürsən KTMT cavab verir ki, belə bir müraciət daxil olmayıb. Rusiya rəsmilərindən biri deyir ki, nə baş verdiyini anlamağa çalışırlar, lakin hələ yenilik yoxdur. Ermənistan hökumətini təmsil edən şəxslər və ya səlahiyyətli strukturlar isə heç bir şəkildə vəziyyətə aydınlıq gətirmirlər”, - deyə o qeyd edib.

Abrahamyan bildirib ki, xüsusi seçilmiş şəxslər Ermənistan üçün vacib olan hərbi satınalmalar mövzusunu geosiyasi qarşıdurma meydanına çıxarmaq üçün əllərindən gələni edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin