Əhəmiyyətsiz telefon zənginin arxasındakı vacib hal – Paris İrəvan vasitəsilə Tbilisiyə təzyiq edir

2024/02/1709108956.jpg
Oxunub: 247     12:22     28 Fevral 2024    
Ötən gün əslində o qədər də əhəmiyyətli olayan bir zəng baş verdi. Ermənistanın müdafiə naziri Suren Papikyan gürcüstanlı həmkarı ilə telefon danışığı apardığını bildirdi. Məlumata görə, Papikyan gürcü həmkarını bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Lakin maraqlıdır ki, telefon danışığı Ermənistan və Gürcüstan Baş nazirləri arasında telefon danışığından iki gün sonra baş verir, Baş nazirlər isə Paşinyan-Makron görüşündən və Fransa müdafiə nazirinin Ermənistana səfərindən dərhal sonra danışıblar. Daha öncəki məqalələrimizdə qeyd etdiyimiz kimi, Gürcüstanla bağlı logistik məsələlər təmin edilməsə, dərin erməni-fransız əməkdaşlığı mahiyyət etibarı ilə butaforiyaya çevriləcək.

Əgər Gürcüstan Ermənistana Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın kommunikasiyasını təmin etməli olan etibarlı yol olmayacaqsa, bu kommunikasiya hər an kəsilə bilər. Ona görə də sual yaranır ki, Fransa bu məsələnin həlli üçün rəsmi Tbilisiyə nə qədər təzyiq göstərmək yolunu seçib?

Hələlik, Fransa Ermənistanla münasibətlərin perspektivini, belə demək mümkündürsə, artım tempi ilə inkişaf etdirir. Habelə məzmun hələ də elan edilmiş və nümayiş etdirilən intensivliyə və “desibel”lərə ekvivalent olmaqdan nəzərəçarpacaq dərəcədə uzaqdır. Amma Gürcüstan məsələsi burada əsas olur və şübhəsizdir ki, baş nazirlər və müdafiə nazirləri səviyyəsində iki günlük intensiv Ermənistan-Fransa əlaqəsindən sonra genişlənən Ermənistan-Gürcüstan əlaqəsi bu məsələni əsas məqsədlərdən biri kimi təqib edir.

Məsələ bunun nə dərəcədə effektiv olub-olmayacağıdır, çünki burada Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan real münasibət və müttəfiqlik əlaqələri, digər üç tərəf olan Ermənistan, Gürcüstan və Fransadan qat-qat çoxşaxəlidir.



Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paris   İrəvan   Tbilisi  


Bizi "telegram"da izləyin