“Ermənistanın Rusiya əleyhinə atdığı bir çox addımlar nümayiş xarakteri daşıyır” - Tarasov

2024/01/1705472491.jpg
Oxunub: 222     09:40     28 Fevral 2024    
“Son günlər Ermənistan hakimiyyətinin açıqlamaları, o cümlədən Zelenskinin Ermənistan və Azərbaycana səfəri xəbəri Qərbin Cənubi Qafqazdakı ssenarilərinin əhatə dairəsinə uyğun gəlir”.

Ordu.az xəbər verir ki, bunu rus siyasi analitik Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, Ukraynanın liderini qəbul etməyin Ermənistana nə verəcəyini təsəvvür etmək çətin deyil.

“Bu, Ermənistanın Ukraynaya dəstəyini təsdiqləməkdən başqa heç nə verməyəcək. Ukrayna da öz növbəsində bu məntiq çərçivəsində bəzi addımlar atmalıdır ki, bunlar da təbii olaraq Ermənistanın gördüyü işlərlə müqayisə oluna bilməz. Qərb Ermənistan hakimiyyətinin Rusiyanı rədd etməsini və Ermənistan ilə Rusiya Federasiyası arasında növbəti problemə səbəb ola biləcək addımlardan çəkinmədiyini görmək üçün addımlar atmaq istəyir”, - deyə Tarasov bildirib.

Tarasov qeyd edib ki, Ermənistanın Rusiya əleyhinə atdığı bir çox addımlar nümayiş xarakteri daşıyır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin