London Qəzzada döyüşlərin dayandırılmasının tərəfdarıdır - BMT-nin daimi nümayəndəsi

2024/02/1709097172.jpg
Oxunub: 106     08:33     28 Fevral 2024    
Qəzza zolağında humanitar böhranı həll etmək üçün Fələstin-İsrail münaqişəsinin bütün tərəflərinin hərbi əməliyyatları dayandırması lazımdır.

Ordu.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord deyib.

​"BMT-nin Ümumdünya Ərzaq Proqramından eşitdiyimiz kimi, Qəzzanın şimalında yardım təşkilatları çox ehtiyacı olan insanlara yardım çatdıra bilmir. Aclıq fəlakətli həddə çatıb", - deyə o bildirib.

Onun sözlərinə görə, bununla mübarizə aparmaq üçün üç şey lazımdır. "Birincisi, biz bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq. <...> İkincisi, biz İsraili Qəzzaya yardımın həcminin artırılmasına icazə verməyə çağırırıq. <...> Üçüncüsü, BMT və humanitar tərəfdaşlar daha çox müdafiəyə və zirehli maşınlar və kommunikasiya avadanlıqları da daxil olmaqla zəruri alətlərə çıxışa ehtiyac duyurlar", - deyə BMT-dəki daimi nümayəndəsi qeyd edib.

Diplomat əlavə edib ki, yalnız “döyüşlərdə dərhal fasilə və davamlı atəşkəsə doğru hərəkət” Fələstin anklavında aclığın qarşısını alacaq və əhalisini əzablardan xilas edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Qəzza  


Bizi "telegram"da izləyin